logo

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 512 min nəfəri ötüb

09:30 11-01-2022 | icon 1918
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 512 min nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 310 milyon nəfəri keçib.

YeniAvropa pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 118 min 968 nəfər yeni koronavirusa yoluxub, 4 min 820 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 310 milyon 926 min 575, ölənlər isə 5 milyon 512 min 9 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (673 min 837 nəfər) və bu xəstəlikdən ölüm faktı (1002 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (62,6 milyon), Hindistan (35,8 milyon), Braziliya (22,5 milyon), Böyük Britaniya (14,6 milyon), Fransa (12,2 milyon), Rusiya (10,6 milyon) və Türkiyədə (10 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.