Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) bu gün keçirilən onlayn iclası zamanı Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adını səhv söyləyib. Və bu medianın diqqətindən yayınmayıb.
YeniAvropa xəbər verir ki, Putin Tokayev Kasım-Jomart Kemeleviçin əvəzinə "Kemel Jomartoviç” deyib. Tokayev isə susaraq adı ilə bağlı səhvə reaksiya verməyib.
Qeyd edək ki, bu, Putinin Tokayevin adını unutması ilə bağlı ilk hadisə deyil. 2019-cu ildə Qazaxıstanda prezident dəyişikliyindən danışarkən Nazarbayevin tam adını söyləsə də, Tokayevi sadəcə "yeni prezident” adlandırıb.