Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” şirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər həyata keçirməsinə razılıq verib.
YeniAvropa “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur nazirliyi məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl analoji icazə Ermənistanın “Flyone” şirkətinə də verilib.