Qırğız Respublikasının prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.
YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi S.Japarovun qısamüddətli məzuniyyətə çıxması göstərilib.
Sammitdə Qırğızıstan prezidentini baş nazir Akılbek Japarov təmsil edəcək.
Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcəklər.