logo

ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat istədi

19:40 09-01-2022 | icon 2114
ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat istədi

Birləşmiş Ştatlar Qazaxıstandan, hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyə niyə qərar verdiyinə aydınlıq gətirməsini xahiş edir.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Qazaxıstan hökumətinə Rusiyanın rəhbərlik etdiyi bu quruma niyə üz tutmağa məcbur olduqları ilə bağlı real suallarımız var. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən önəmlisi odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunmalıdır”, - deyə E.Blinken "CNN"ə müsahibəsində deyib.

O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrini pisləyib: “Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm”.