Britaniyalı jurnalist və Qazaxıstanla bağlı kitabların müəllifi Coanna Lilisin Xarici İşlər Nazirliyində akkreditasiyası olmasına baxmayaraq, bu ölkəyə buraxılmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. .
Məlumata görə, C.Lilis 2006-cı ildən Qazaxıstanda işləyir. Onun məqalələri “Guardian”, “Economist” və “Independent” nəşrlərində dərc olunub.
"BBC" qeyd edir ki, Qazaxıstan sərhədçiləri bəzi digər xarici jurnalistlərin də ölkəyə daxil olmasına icazə vermirlər.