Hazırda bütün Qazaxıstanda iğtişaşlarda iştirak etmiş 5135 nəfər saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev yerli KİV-ə müsahibəsində məlumat verib.
"Dövlət məmurlarına qarşı zor tətbiq etmə, xuliqanlıq, adam öldürmə, o cümlədən quldurluq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlanılıb. 5 mindən çox adam nəzarətə saxlanılıb", - deyə Yerlan Turqumbayev bildirilib.