Almatı Beynəlxalq Hava Limanı qeyri-müəyyən müddətə bağlanıb.
YeniAvropa Rusiyanın "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“Almatı hava limanı müvəqqəti bağlanıb. Açılma haqqında məlumat daha sonra veriləcək", - deyə qurumun məlumatında bildirib.
Bundan əvvəl hava limanının fəaliyyətinin yanvarın 10-dək dayandırıldığı bildirilirdi.