Qazaxıstanın əhalisinin sayına görə ən böyük şəhəri, əski paytaxtı və iqtisadi mərkəzi olan Almatı şəhərində növbəti antiterror əməliyyatı başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Xabar 24" telekanalı məlumat yayıb.
Bölgənin komendantı Serik Kudebayev əhalini sakit olmağa və lüzumsuz yerə evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, ötən gün ölkənin xüsusi xidmət orqanları antiterror əməliyyatının birinci mərhələsini keçirib.