logo

Tacikistan da Qazaxıstana 200 sülhməramlı göndərdi

09:19 08-01-2022 | icon 2163
Tacikistan da Qazaxıstana 200 sülhməramlı göndərdi

Bu gün Tacikistanın Qissar şəhərindəki hava limanından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstanın Almatı şəhərinə 200 sülhməramlı göndərilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ötən gün  Tacikistan parlamentinin yuxarı və aşağı palataları - Məclisi Milli və Məclisi Namoyandaqon bununla bağlı qərar qəbul edib.

Qərarda bildirilir ki, tacik sülhməramlıları Almatıdakı məktəbləri, xəstəxanaları və digər sosial obyektləri qoruyacaq. Tacik hərbçilərinə odlu silahdan istifadə etməyə icazə verilməyəcək.