logo

Tokayev gələn həftə yeni baş nazirin adını açıqlayacaq

20:40 07-01-2022 | icon 2387
Tokayev gələn həftə yeni baş nazirin adını açıqlayacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-də yeni hökumət başçısının namizədliyini təqdim edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Kazaxıstan" məlumat yayıb.

Xatırladaq ki, iki gün əvvəl Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasının rəhbəri olaraq, Nursultan Nazarbayevi bu vəzifədən uzaqlaşdırıb.

"Kasım-Jomart Tokayev yanvarın 11-də Qazaxıstanın yeni baş nazirinin namizədliyini təqdim edəcək", - deyə agentliyin məlumatında bildirilib.