NATO Qazaxıstanda baş verən hadisələrdən narahatdır.
YeniAvropa xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina özünün "Twitter" hesabında yazıb.
“NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”, - deyə NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.