logo

Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazırdır

17:34 07-01-2022 | icon 2156
Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazırdır

"Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazırdır".

 YeniAvropa xəbər verir ki, bu fikri Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Fransanın Aİ Şurasına sədrliyinin başlaması ilə bağlı Parisdə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib. 

“Mən Qazaxıstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Vətəndaşların hüquqları və təhlükəsizliyi prioritetdir və təmin edilməlidir. Mən zorakılığa son qoymağa və təmkinli olmağa çağırıram. Avropa İttifaqı bacardığı hər sahədə kömək etməyə hazırdır”, - deyə Avropa Komissiyasının prezidenti qeyd edib.