Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
M.Çavuşoğlu Türkiyənin Qazaxıstana hər zaman dəstək olduğunu bildirib.
Tərəflər həmçinin yanvarın 11-də videokonfrans formatında baş tutacaq Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı barədə fikir mübadiləsi aparıblar.