"Türk Hava Yolları" (THY) aviaşirkəti yanvarın 9-dək Qazaxıstana olan bütün sərnişin reyslərini ləğv edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin "NTV" kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, THY bu addımı Qazaxıstanda vəziyyət pisləşdiyi üçün atıb.