Rusiyanın “Qazprom” şirkətinin törəmə qurumu olan “Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb.
YeniAvropa Rusiya mətbuata istinadla xəbər verir ki, dörd il müddətinə imzalanan sənədə əsasən, Rusiya “Türk axını” kəməri vasitəsilə ildə 5,75 milyard kubmetr qaz ixrac edəcək.
“Qazprom eksport” şirkətinin məlumatına görə, bu il yanvarın 1-dən “Botas” 4 il ərzində ildə 5,75 milyard kubmetr qaz idxal edəcək.