logo

2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır-ÜST

12:22 06-01-2022 | icon 1673
2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır-ÜST

"Bu il COVID-19 pandemiyasının son ili olmaqla yanaşı, həm də yeni həmrəylik mərhələsinin başlanğıcı olmalıdır. Məqsəd 2022-ci ilin ortalarınadək dünya ölkələrində əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvən olunmasından ibarətdir”.

 YeniAvropa xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç səsləndirib.

“Daha yüksək risk qrupuna aid insanlardan başlayaraq, əhalinin peyvəndlənməsini həyata keçirsək, pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. Ölkələr arasında peyvəndləmə göstəriciləri baxımından böyük uçurum var. Bərabərsizliyə son qoya bilsək, pandemiyaya da son qoya biləcəyik”, - deyə o, qeyd edib.

Tarik Yazareviçin sözlərinə görə, 2021-ci il bir çoxlarımız üçün ağrılı keçdi.

"Amma bu ilin boşa getməsinə imkan verə bilmərik. Ötən ilin bizə verdiyi dərsləri unutmamalıyıq",-deyə ÜST rəsmisi vurğulayıb.