Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Bundan əvvəl prezident Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultan şəhərlərində iki həftəlik fövqəladə vəziyyət elan edib.
Çərşənbə günü Tokayev iğtişaşlar fonunda respublikanın birinci rəhbəri Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsində əvəz edib və sərt addımlara hazır olduğunu bəyan edib.
Fövqəladə vəziyyət mitinqlərin və insanların digər kütləvi toplaşmalarının qadağan edilməsini nəzərdə tutur. Ölkə ərazisində saat 23.00-dan 07.00-a qədər komendant saatı tətbiq olunub.