Qazaxıstanda baş verən iğtişaşlar zamanı indiyədək 8 polis əməkdaşı və Milli Qvardiyanın hərbçisi həlak olub.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin bildirilib ki, daha 317 nəfər polis və hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.