Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət elan edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə ölkə prezidenti Kasım-Jomərt Tokayev müvafiq fərman imzalayıb.
Bundan əvvəl isə dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalamışdı.
Yanvarın 5-dən 19-dək davam edəcək fövqəladə vəziyyət rejimi zamanı saat 23:00-dan 07:00-dək komendant saat tətbiq olunacaq, hərəkət azadlığı məhdudlaşdırılacaq.