logo

Ermənistan 18 yaşlı əsgəri başından gülləyib öldürdülər

11:55 04-01-2022 | icon 2744
Ermənistan 18 yaşlı əsgəri başından gülləyib öldürdülər

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə dekabrın 31-də baş verib.

Belə ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda keçinib.

Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.