logo

Gürcüstanın üçqat olimpiya çempionu vəfat etdi

13:33 03-01-2022 | icon 2485
Gürcüstanın üçqat olimpiya çempionu vəfat etdi

Üç təkanla tullanma üzrə üçqat olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası Viktor Saneyev dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Milli Olimpiya Komitəsinin saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, keçmiş atlet 77 yaşında vəfat edib.

Xatırladaq ki, Viktor Saneyev 1968, 1972 və 1976-cı illərdəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

O, XX əsrdə Gürcüstanın ən yaxşı idmançısı seçilib.