logo

Pentaqon başçısı koronavirusa yoluxdu

10:31 03-01-2022 | icon 2450
Pentaqon başçısı koronavirusa yoluxdu

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxduğunu açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə hərbi idarə rəisinin Pentaqonun saytında dərc olunan bəyanatında deyilir.

"Bu səhər mənim koronavirus testim müsbət çıxdı", - deyə nazir yazıb.

Ostin vurğulayıb ki, onda xəstəliyin yüngül əlamətləri var və həkimin tövsiyələrinə əməl edir.

O, qeyd edib ki, müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxlayır və mümkün qədər virtual formatda əsas görüş və tədbirlərdə iştirak etmək niyyətindədir. “ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda lazım olduqda məni təmsil edəcək”, -deyə bəyanatda bildirilir.

Ostin xatırladıb ki, əvvəllər koronavirusa qarşı tam peyvənd olunub. O, oktyabr ayında peyvəndin üçüncü dozasını da qəbul edib.