logo

Bayden Zelenskiyə "Ukrayna sərhədində vəziyyət pisləşərsə, ABŞ həlledici cavab verəcək" deyib

09:15 03-01-2022 | icon 4788
Bayden Zelenskiyə "Ukrayna sərhədində vəziyyət pisləşərsə, ABŞ həlledici cavab verəcək" deyib

ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. Bildirib ki, söhbət zamanı Cozef Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib.

ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha qeyd edən Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna və ABŞ prezidentlərinin bundan əvvəlki telefon söhbəti dekabrın 9-da olmuşdu.