logo

Dünyanın ən yaşlı insanı 119 yaşını qeyd etdi

23:56 02-01-2022 | icon 3101
Dünyanın ən yaşlı insanı 119 yaşını qeyd etdi

Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi düşən yaponiyalı Keyn Tanakanın 119 yaşı tamam olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qadın Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya məhdudiyyətləri səbəbindən onun qohumları ilə görüşmək imkanı yoxdur.

Keyn Tanaka 1903-cü ildə anadan olub. II dünya müharibəsi zamanı əri və böyük oğlunu itirib. Qadın bütün həyatı boyu mağazada satıcı çalışıb. XX əsrin 70-ci illərində o, təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-a səfər edib, 2005-ci ildən isə qocalar evində yaşayır.

103 yaşında o xərçəngə qalib gəlib. O vaxtdan bəri onun başqa ciddi xəstəlikləri olmayıb.