logo

Ərdoğan Putinlə Qarabağı  müzakirə edib

17:17 02-01-2022 | icon 4865
Ərdoğan Putinlə Qarabağı  müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı prezidentlər ikitərəfli əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, gələcək qarşılıqlı faydalı tərəfdaşlığa sadiq qaldıqlarını təsdiqləyiblər. Beynəlxalq mövzulara, o cümlədən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin işlənib hazırlanmasına dair təkliflər, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub.

Prezidentlər həmçinin, şəxsi təmasların davam etdirilməsini razılaşdırıblar.