logo

Dünyada koronavirusdan ölənlərin sayı 5,4 milyon nəfərə çatıb

11:33 02-01-2022 | icon 5040
Dünyada koronavirusdan ölənlərin sayı 5,4 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxma hallarının sayı 288 milyon 201 min 551 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universitetinin məlumatında deyilir.

Bildirilir ki, pandemiya başlayandan indiyədək 5,4 milyon insan dünyasını dəyişib. 20 milyondan çox yoluxma halları aşkar olunmuş ölkələr sırasına  ABŞ, Hindistan və Braziliya başçılıq edir.

ABŞ COVID-19-a yoluxanların və ölənlərin sayına görə liderliyini saxlayır, burada ümumilikdə 54 milyon 743 min 982 nəfər koronavirusa yoluxub, onlardan 825 min 536 nəfər vəfat edib.

Həmçinin qeyd olunur ki, dünyada 9 milyarddan çox doza koronavirusa qarşı peyvənd istifadə olunub.