logo

Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı olub

10:51 02-01-2022 | icon 2317
Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı olub

Qırğızıstanın İssık-Kul vilayətindəki Karakol şəhəri 2022-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin(MDB) mədəniyyət paytaxtıdır.

YeniAvropa  Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qərar ötən ilin sonunda “Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021” ilinin bağlanış mərasimində elan edilib.

Bildirilir ki, 2022-ci il ərzində Karakol şəhərində MDB-nin mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.