logo

Polis ərzaq qutularında 1 milyard avro dəyərində narkotika aşkarladı

16:56 01-01-2022 | icon 2345
Polis ərzaq qutularında 1 milyard avro dəyərində narkotika aşkarladı

İtaliya polisi ölkənin cənubundakı Kalabriya bölgəsində yerləşən Gioia Tauro limanında əməliyyat keçirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,  əməliyyat zamanı Cənubi Amerikadan göndərilən bir konteynerdə ərzaq qutularının içərisinə narkotik vasitə - kokainin gizlədildiyi müəyyən edilib. Qutularda ümumilikdə 2,3 tona yaxın narkotik vasitə aşkarlanıb.

Bundan başqa, limanda saxlanılan yük maşınında isə daha 850 kiloqram kokain aşkar edilib.

Müsadirə edilən narkotik vasitələrin təxmini dəyərinin 1 milyard avro olduğu bildirilib.

Qeyd edək ki, Kalabriya İtaliyanın mafiya qruplaşması Ndranghetanın “mənzili” hesab edilir. Kokain ticarəti ilə məşğul olan bu qruplaşma Avropada narkotik ticarətinin təxminən 80 faizinə nəzarət edir.