logo

İranın kosmik raketi orbitə çıxa bilmədi

15:31 01-01-2022 | icon 2296
İranın kosmik raketi orbitə çıxa bilmədi

İranın kosmosa buraxdığı raket lazımi sürətə çata bilmədiyi üçün faydalı yükü orbitə çıxara bilməyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni dövlət televiziyasında yayımlanan açıqlamasında bildirib.

O qeyd edib ki, faydalı yükün orbitə çıxması üçün daşıyıcı raketin sürəti saniyədə 7600 metrdən yuxarı olmalıdır.

Lakin İranın buraxdığı raket yalnız saniyədə 7350 metr sürəti yığa bilib.