MDB-yə sədrlik Qazaxıstana keçdi
Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Qazaxıstana keçib.
YeniAvropa xəbər verir ki, bu Mərkəzi Asiya dövləti yanvarın 1-dən MDB-yə sədrliyə başlayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının oktyabrın 15-də keçirilən iclasında xatırladıb ki, Birliyin yaradılması haqqında tarixi bəyannamə 1991-ci ilin dekabrında Almatıda keçirilən iclasda qəbul edilib. Onun sözlərinə görə, MDB postsovet məkanında genişmiqyaslı fəlakətin qarşısının alınmasında əsas rol oynayıb, xalqlar arasında qarşılıqlı əlaqələrin qorunub saxlanmasına töhfə verib.
Dövlət başçısı əlavə edib ki, MDB məkanında birgə səylər nəticəsində səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb, möhkəm normativ-hüquqi baza formalaşdırılıb. Eyni zamanda fəal siyasi dialoq inkişaf edir, təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmlənir, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün şərait yaradılır.
Qazaxıstan lideri MDB ölkələrinin qarşısında duran əsas vəzifələr sırasında ticarət-iqtisadi əməkdaşlığın aktivləşdirilməsi və genişləndirilməsini qeyd edib. Prezident xüsusilə MDB ölkələri arasında sənaye əməkdaşlığının genişləndirilməsinə diqqət yetirərək, iqtisadi qarşılıqlı fəaliyyətə yanaşmaların təkmilləşdirilməsinin zəruriliyini bildirib. Bunun üçün o, ən azı 2025-ci ilə qədər sənaye komplekslərinin inkişafı üzrə yeni proqram hazırlamağı və xidmət ticarəti haqqında saziş imzalamağı təklif edib.
Bununla yanaşı, Qazaxıstan prezidenti ümumi kənd təsərrüfatı bazarının formalaşmasını aktual hesab edir. Onun sözlərinə görə, MDB dövlətlərinin qida sistemlərinin inkişafı və qarşılıqlı fəaliyyəti strategiyasının hazırlanması ümumi maraqlara cavab verərdi. Pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq məsələlərinə toxunan Tokayev MDB məkanında peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyi təklif edib.
Antoni Blinken İlham Əliyevi təbrik edib
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Bu gün Xankəndidə ilk toy olub
Ərdoğan ABŞ-a səfərə gedib
Astarada 37 yaşlı kişini "tok" vurub
46 məntəqədə seçkinin nəticələri ləğv edilib-Məzahir Pənahov
“Neftçi” antirekorda imza atıb
24 yaşlı paytaxt sakini intihara cəhd edib
Daxili İşlər Nazirliyi dələduzlarla bağlı əhaliyə çağırış edib
Zelenski hərbi sahəyə əlavə 12 milyard $ ayrılmasını təsdiqləyib
Sentyabrın 23-də Xankəndi orta məktəbində ilk dərs günü olacaq
Sabah Bakıda 27° isti olacaq
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində görüş olub
Dünya çempionatı: Akrobatlarımız komanda hesabında ikinci olublar
İlham Əliyev Malta prezidentini təbrik edib
Azərbaycan təmsilçisi BMT Komitəsinin vitse-sədri seçilib
Bu gün İstanbul derbisi olacaq
Azərbaycan nefti 77,86 dollara satılır
Paytaxtınn bir hissəsində su olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Lerik rayonunda zəlzələ olub
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
“Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb