logo

Rusiya Ermənistan və Türkiyə arasında vasitəçi olmaq istəyir

15:55 29-12-2021 | icon 3220
Rusiya Ermənistan və Türkiyə arasında vasitəçi olmaq istəyir

Moskva Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə dialoqa başlamaq niyyətini alqışlayır.

YeniAvropa xəbər verir ki, bu barədə  Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına kömək edərdi. Bu nöqteyi-nəzərdən biz Ankara və Yerevan tərəfindən son zamanlarda fəal şəkildə nümayiş etdirilən ikitərəfli dialoqa başlamaq istəyini alqışlayırıq. Normallaşma ilə bağlı asan olmayan məsələni müzakirə etmək üçün onlar tərəfindən xüsusi nümayəndələrin təyin edilməsini məmnunluqla qeyd edirik”, – deyə A. Rudenko bildirib.

Diplomat qeyd edib ki, Rusiya münasibətlərin normallaşdırılması üzrə dialoqda Ermənistan və Türkiyə arasında vasitəçi olmağa, istənilən formalarda vasitəçi dəstəyi göstərməyə hazırdır.