logo

Yanvarın 1-dən qanunsuz əmək miqrantları Rusiyadan çıxarılacaq

20:20 28-12-2021 | icon 3563
Yanvarın 1-dən qanunsuz əmək miqrantları Rusiyadan çıxarılacaq

Gələn il yanvarın 1-dən etibarən Rusiyadakı əcnəbilər qanunsuz əmək fəaliyyətinə görə ölkədən çıxarıla bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əcnəbiləri qanunsuz işlə təmin edən işəgötürənlər 800 min rubladək cərimə olunacaq.

Dekabrın 31-də Rusiya prezidentinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi və əcnəbilərə hüquqi statusunu ölkədən çıxmadan həll etmək imkanı verən qaydanın müddəti başa çatır.

DİN Rusiyada işləmək hüququ olmayan əcnəbiləri dekabrın 31-dək daxili işlər orqanlarına müraciət etməyə çağırır. İşəgötürənlər əcnəbilərlə əmək müqaviləsini rəsmiləşdirib Rusiya DİN-in ərazi orqanlarına müraciət etməlidirlər.