YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 25-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşündə deyib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Rusiya arasında mövcud iqtisadi əlaqələr barədə danışan nazir Şahin Mustafayev qeyd edib ki, Rusiya əsas ticarət tərəfdaşlarımızdandır və 2017-ci il ərzində də ölkələrimiz arasında ticarət əlaqələri dinamik olaraq inkişaf edib.
Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bu il Azərbaycan Rusiyada keçirilmiş “Worldfood Moscow” Sərgisində vahid ölkə stendi ilə təmsil olunub, Sankt-Peterburqa sahibkarlardan ibarət ixrac missiyası təşkil edilib, “Rossiya 24” kanalında Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair videoçarxlar nümayiş olunub. 2018-ci ilin fevral ayında isə 30 Azərbaycan şirkəti Moskva şəhərində keçiriləcək “Prodexpo” Sərgisində iştirak edəcək.