logo

Türkmənistanda koronavirus yoxdur-Qurbanqulu Berdiməhəmmədov

13:12 22-12-2021 | icon 5558
Türkmənistanda koronavirus yoxdur-Qurbanqulu Berdiməhəmmədov

Ölkədə indiyədək yeni növ koronavirusa (COVID-19) yoluxma halının qeydə alınmayıb.

YeniAvropa Türkmənistanın dövlət informasiya agentliyinə(tdh.gov.tm) istinadla xəbər verir ki, bu fikri ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı , ordu generalı Qurbanqulu Berdiməhəmmədov ötən gün keçirdiyi müşavirədə səsləndirib. 

Müşavirədə hökumət üzvləri iştirak ediblər. 

Qurbanqulu Berdiməhəmmədov, bununla belə, COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin görülməsini sürətləndirməyi tapşırıb. 

“Türkmənistanda aparılan genişmiqyaslı işlər nəticəsində bu gün deyə bilərik ki, koronavirusa yoluxma halları aşkar olunmayıb. Amma biz rahatlanmalı deyilik, çünki bir çox ölkələrdə bu virusun təhlükəli "omicron" ştamı peyda olub”, -deyə  Q.Berdiməhəmmədov vurğulayıb.

Türkmənistan postsovet məkanında koronavirusa yoluxma hallarının rəsmi qeydə alınmadığı yeganə ölkədir.