logo

Putin Makronla yenə Qarabağdan danışdı

20:33 21-12-2021 | icon 2513
Putin Makronla yenə Qarabağdan danışdı

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, liderlər regional məsələləri müzakirə ediblər. Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

“Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət yetirilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”, -deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya və Fransa prezidentlərinin bundan əvvəl dekabrın 14-də eyni mövzularda telefon danışığı baş tutub.