logo

Paşinyan Ermənistan-Azərbaycan dəmir yolunun 3 ilə açılacağını deyir

14:11 21-12-2021 | icon 2520
Paşinyan Ermənistan-Azərbaycan dəmir yolunun 3 ilə açılacağını deyir

Ermənistan və Azərbaycan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfəri zamanı deyib.

"Artıq Azərbaycan prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Yeraş-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq", - deyə N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır.

Nikol Paşinyan, həmçinin, iki ölkə arasında avtomobil yolunun da bərpa oluna biləcəyini deyib.