logo

Türk lirəsi rekord həddə ucuzlaşdı

19:49 20-12-2021 | icon 2443
Türk lirəsi rekord həddə ucuzlaşdı

Türkiyədə milli valyuta olan lirə bu gün axşama doğru  dollar qarşısında rekord səviyyədə dəyər itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hazırda bir dollar 18 türk lirəsinə dəyişdirilir.

Yerli mətbuatın yazdığına görə, Türkiyədə dollar yeni həftəyə kəskin bahalaşma ilə başlayıb .Belə ki, milli valyuta ABŞ valyutasına nisbətdə səhər saatlarından etibarən ciddi ölçüdə dəyər itirib. Ötən həftənin  cümə günü 1 dollar 17,14 TL-yə qədər artmaqla rekord vurmuşdu, bu gün isə hərracların başlamasından cəmi bir neçə saat sonra yeni rekord səviyyəsinə çatıb və 17,62 TL-yə qalxıb. Avro isə 19,89 TL-yə yüksəlib.

İqtisadçıların qənaətinə görə, Mərkəzi Bankın bazara birbaşa müdaxiləsi də nəticə verməyib. Belə ki, dekabrın 1-dən 17-nədək Mərkəzi Bank bazarda cəmi 6.5 milyard dollar satıb, amma bu müdaxilənin cəmi bir neçə saatlıq təsiri olub. Ardınca dollar yenidən bahalaşma mərhələsinə keçib.

Yeri gəlmişkən, 1 Azərbaycan manatı 10,51 lirəyə ekvivalentdir.

Qeyd edək ki, bazar günü Rəcəb Tayyib Ərdoğan öz çıxışında faiz azalmalarını yenə müdafiə edib və bunu İslam qanunları ilə əsaslandırıb.