logo

Rusiya əməkçi miqrantlara gələn ildən yeni qadağalar tətbiq edəcək

18:10 20-12-2021 | icon 2303
Rusiya əməkçi miqrantlara gələn ildən yeni qadağalar tətbiq edəcək

Rusiyaya gələrkən icbari daktiloskopiyadan və tibbi yoxlanışdan keçməkdən və şəkil çəkdirməkdən imtina edən əcnəbilərin bu ölkədə qalma müddəti azaldılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin əmri dərc olunub.

Həmçinin əmək miqrantlarında və əcnəbilərdə təhlükəli infeksiyalar aşkar edilərsə və ya onların narkotik istifadəçisi olduğu üzə çıxarsa, bu halda da həmin şəxslərin ölkədə qalma vaxtı qısaldılacaq.

Əmr yanvarın 29-dan qüvvəyə minir. Həmin gündən etibarən Rusiyaya gələn əmək miqrantları və bu ölkədə uzun müddət qalmağı planlaşdıran əcnəbi vətəndaşlar icbari olaraq daktiloskopiyadan, tibbi yoxlamadan keçməli və şəkil çəkdirməlidirlər.