logo

Gürcüstandan Rusiyaya gedən yol bütün avtomobillər üçün bağlanıb

16:12 20-12-2021 | icon 2184
Gürcüstandan Rusiyaya gedən yol bütün avtomobillər üçün bağlanıb

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolu güclü qar, yolların buz bağlaması və qar uçqunu səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departament yerli və xarici ölkələrin nəqliyyat vasitələri sürücülərinə, logistika şirkətlərinə müraciət edərək bu günlərdə həmin yoldan istifadə etməməyə dəvət edib.

Gürcüstanın hidrometeoroloji xidmət mərkəzi isə havaların daha da soyuyacağı barədə xəbərdarlıq yayıb.

Bildirilir ki, dekabrın 21-dən 23-dək Gürcüstan ərazisində hava şəraiti kəskin dəyişəcək. Bəzi dağlıq və dağətəyi ərazilərdə güclü qar yağacağı, çovğun və güclü külək əsəcəyi bildirilir. Bu səbəbdən avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məlumata görə, Qara dənizdə 3-4 ballıq qasırğa olacaq.