logo

Ermənistan aeroportunda bomba həyəcanı

20:20 18-12-2021 | icon 2345
Ermənistan aeroportunda bomba həyəcanı

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

YeniAvropa  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri cəlb edilib.

Cihazın axtarışı davam edir.