logo

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 352 min nəfəri ötüb

09:29 17-12-2021 | icon 2807
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon 352 min nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 718 mindən çox olub.

 YeniAvropa  pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 718 min 723 nəfər yeni koronavirusa yoluxub, 7 min 34 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 273 milyon 206 min 284, ölənlər isə 5 milyon 352 min 755 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (144 min 871 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı isə (1133 nəfər) Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (51,4 milyon), Hindistan (34,7 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (11 milyon), Rusiya (10,1 milyon), Türkiyə (9,1 milyon) və Fransada (8,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.