logo

Tacikistan prezidenti qızını Britaniyaya səfir təyin etdi

22:35 15-12-2021 | icon 2933
Tacikistan prezidenti qızını Britaniyaya səfir təyin etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon qızlarından biri - Ruhşona Emoməlinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, E.Rəhmonun təyinatının mətni dekabrın 15-də digər kadr təyinatları ilə birlikdə Tacikistan prezidentinin rəsmi saytında dərc olunub.

Bu postda Ruxşona Emomali Məsud Xəlifəzodanı əvəzləyib.

Sərəncamda bildirilir ki, M.Xəlifəzoda "başqa işə keçməsi ilə əlaqədar” səfir vəzifəsindən kənarlaşdırılıb.
 
Tacikistan prezidentinin 7 qızından biri olan Ruxşona Emoməli bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyində işləyib və əvvəllər nazirliyin beynəlxalq təşkilatlar şöbəsinin müdir müavini vəzifəsini daşıyıb.