logo

Rusiya Türkiyə-Ermənistan münasibətləri normallaşmasını alqışlayır

20:30 15-12-2021 | icon 2863
Rusiya Türkiyə-Ermənistan münasibətləri normallaşmasını alqışlayır

"Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri yoluna qoymaq əzmini alqışlayır".

YeniAvropa xəbər verir ki, bu barədə  bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Rusiya hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması regiondakı ümumi ab-havanı sağlamlaşdırmağa təkan verər, bu da qarşılıqlı etimad və mehriban qonşuluq mühitinin yaradılmasına dəstək olardı. Düşünürük ki, tərəflərin bu məqsədlə xüsusi nümayəndə təyin etmələri ağıllı və məntiqli addımdır”,-deyən XİN rəsmisi Ankara və İrəvanın problemləri müzakirə etmək üçün qarşılıqlı dialoqa başlamaq əzmini alqışladıqlarını vurğulayıb. 

Rusiya XİN nümayəndəsi bu prosesə dəstək verməyə hazır olduqlarını da sözlərinə əlavə edib.