logo

Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin etdi

20:10 15-12-2021 | icon 2590
Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin etdi

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. 

YeniAvropa TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə səfəri zamanı bildirib. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Dubai EXPO-2020"də iştirak etmək üçün BƏƏ-də işgüzar səfərdədir.