logo

2021-cim ildə 293 jurnalist həbs edilib, 24 nəfər isə ölüb

15:58 09-12-2021 | icon 3157
2021-cim ildə 293 jurnalist həbs edilib, 24 nəfər isə ölüb

Dünyada jurnalist fəaliyyətinə görə həbsdə olanların sayı rekord həddə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Komitənin bu gün yaydığı hesabatda bldirilib ki,  hazırda dünyada 293 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbsdə saxlanır.

Ötən il bu say  280 nəfər təşkil edib.

Jurnalistlərin ən çox həbs olunduğu ölkə Çindir. Bu ölkənin həbsxanalarında 50 media nümayəndəsi peşə fəaliyyətinə görə cəza çəkir.

Myanmada 26, Misirdə 25, Vyetnamda 23, Belarusda 19, Türkiyədə 18, Eritreyada 16, Səudiyyə Ərəbistanında 14, Rusiyada 14, İranda 11 jurnalist peşə fəaliyyəti ilə bağlı həbsdədir.

Jurnalistləri Müdafiə Komitəsi vurğulayır ki, bir qayda olaraq media nümayəndələri dövlət əleyhinə cinayətlərdə ittiham olunaraq tutulurlar. Son zamanlar jurnalistlərə internet məkanında yaydıqları materiallara görə kibercinayətkarlıq ittihamlarının verilməsi halları da artıb.

Komitənin məlumatına əsasən, 2021-ci ildə dünyada ən azı 24 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub. Naməlum şəraitdə həlak olmuş daha 18 jurnalist var ki, onların ölümünün peşə fəaliyyəti ilə əlaqəli olub-olmadığı hələlik müəyyən edilməyib.

Jurnalistləri Müdafiə Komitəsi mərkəzi qərargahı Nyu-York şəhərində yerləşən beynəlxlaq qeyri-hökumət təşkilatıdır.