logo

Rusiya ABŞ-ın səfirliyinə nota verdi

20:28 08-12-2021 | icon 2968
Rusiya ABŞ-ın səfirliyinə nota verdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-ya məxsus hərbi təyyarə və gəmilərin Rusiya sərhədləri yaxınlığında manevrləri ilə bağlı bu ölkənin Rusiyadakı səfirliyinə etiraz notası təqdim edib.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
O qeyd edib ki, ABŞ və NATO-ya üzv ölkələrin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyəti, o cümlədən hərbi təyyarələrin uçuşları və hərbi-dəniz gəmilərinin təhlükəli manevrləri sürətlənməkdə davam edir: “Sərhədlərimizin təhlükəsizlik sisteminin gücünü yoxlamaq cəhdlərindən başlayaraq Amerika hərbçiləri və onların NATO müttəfiqləri mülki aviasiyaya qarşı təxribatlara əl atıblar. Bu təxribatçı hərəkətlərlə əlaqədar dekabrın 8-də ABŞ-ın Moskvadakı səfirliyinə bu cür ehtiyatsızlığın təhlükəli nəticələri barədə xəbərdarlıq edən etiraz notası təqdim edilib”.

M. Zaxarova qeyd edib ki, Rusiya ABŞ və müttəfiqlərini təhlükəsizlik zəmanəti üzrə dialoqa, hərbi və siyasi gərginliyi azaltmaq yollarının tapılmasına dair müzakirələrə çağırır.