logo

Sabiq müdafiə naziri Seyran Ohanyan və arvadının əmlakına həbs qoyuldu

12:10 08-12-2021 | icon 2807
Sabiq müdafiə naziri Seyran Ohanyan və arvadının əmlakına həbs qoyuldu

Ermənistan Baş Prokuroluğu keçmiş müdafiə naziri Seyran Ohanyan və xanımının əmlakına həbs qoyub.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın keçmiş mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan və ailəsinin əmlakına da həbs qoyulub.

Xəbərdə qeyd edilir ki, prokurorluq Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın, oğlu və qızının, Dövlət Əmlak İdarəsinin keçmiş şöbə rəisi, parlamentin keçmiş sədri Qalust Saakyanın oğlunun, keçmiş ətraf mühit naziri Aram Arutyunyan və yaxınlarının əmlaklarının qanuniliyini də yoxlayır.