logo

Gürcüstanın sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

09:08 08-12-2021 | icon 2765
Gürcüstanın sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

Gürcüstanda sürücülük vəsiqəsinin əldə olunması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilib və Avropa standartlarına uyğunlaşdırılıb. Bunun nəticəsində də, Gürcüstanda alınan sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vladimir Konstantinidi ölkənin birinci kanalına (1tv.ge) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstan bundan başqa daha bir neçə qanunu Avropa standartlarına uyğunlaşdırır. Həmin qanunlar Gürcüstanda verilən sürücülük vəsiqəsi və digər hüquqi sənədlərin Avropa ölkələrində də etibarlılığını artıracaq.