logo

Rusiya və ABŞ prezidentlərinin qapalı keçən görüşü başa çatıb

22:32 07-12-2021 | icon 2688
Rusiya və ABŞ prezidentlərinin qapalı keçən görüşü başa çatıb

Rusiya və ABŞ prezidentləri arasında görüş başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki,  Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında videoəlaqə iki saat davam edib.

Görüş qapalı keçirilib.

Görüşün yalnız ilk dəqiqələrinin görüntüləri yayılıb.

Qeyd edək ki, bu, Rusiya və ABŞ prezidentlərinin ikinci görüşüdür. Bundan əvvəl onlar iyun ayında Cenevrədə əyani görüş keçiriblər.